Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2 milyard dollar investisiya

Birləşmiş Ştatların “Microsoft” korporasiyası “General Motors” şirkətinin avtonom avtomobillərin istehsalı ilə məşğul olan “Cruise” bölməsinə investisiya yatırıb. Bu barədə “Autoua.net” saytı məlumat yayıb.

Mənbə yazır ki, sövdələşmənin yekun­ları üzrə “Cruise” şirkəti “Microsoft”, “Hon­da” və digər sərmayədarlardan 2 milyard dollar cəlb edib ki, bu da şirkətin ümumi dəyərini 30 milyard dollaradək artırmağa imkan verib.

Məlumata görə, “Microsoft”, həmçinin layihənin strateji tərəfdaşı qismində çıxış etməyə başlayıb. Sazişin şərtlərinə əsasən, konsernin “Cruise” törəməsi gələcəkdə işə salınacaq robot taksilər ser­visi üçün istifadə ediləcək “Azure” “bulud” hesablama platformasına keçəcək.

Qeyd olunur ki, tərəfdaşlıq çərçivəsində “Cruise” “bulud” servislərinə qənaət edəcək. “Microsoft” isə qabaqcıl texnologi­yaları maşın öyrənmə (Machine learning) və “ağıllı” avtomobillər sahəsində sınaqdan keçirmək imkanı əldə edəcək.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

22 Yanvar 2021 03:01 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Fevral 2021 | 02:58
Çində yoxsulluğa son qoyuldu
26 Fevral 2021 | 00:48
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə