Ən son xəbərlər
Koronavirus pandemiyasının statistikasını izləyən “worldometer” portalının yaydığı məlumata görə, Böyük Britaniyada COVID-19-dan gündəlik ölüm halında yeni rekord qeydə alınıb. Belə ki, gün ərzində ölkədə 1610 nəfər ölümcül virusun qurbanı olub.
Bu, pandemiya başlayandan bəri Böyük Britaniyada qeydə alınmış ən yüksək göstəricidir. Krallıqda 33 min 355 nəfərin koronavirus testi isə müsbət olub.
Qeyd edilir ki, Britaniyada 4 milyon 62 min 501 nəfərə peyvənd vurulub. Ölkədə dekabr ayının ortalarından başlanılan peyvənd kampaniyası sürətləndirilib.
Bəzi xəstəxanalarda günün 24 saatı və həftənin hər günü peyvənd olunmaq mümkündür. Bu proses 10 gün müddətində sınaqdan keçiriləcək.
Qeyd edək ki, Böyük Britaniyada “Pfizer/BioNTech”, “Oksford Universiteti və AstraZeneca” və “Moderna” peyvəndləri qeydiyyatdan keçib.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə