Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Yanvarın 22-də

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, dağlarda 12-15, gündüz 0-3 ° şaxta olacaq. Yolların buz bağlaya­cağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-15, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5° şax­ta olacaq. Yolların buz bağlayacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmur­suz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq. Gecə və səhər yolların buz bağlaya­cağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şab­ran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 8-13°, gündüz 3-7° şaxta olacaq. Yolların buz bağlayacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacı­qabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. gecə 2-7° şaxta, gündüz 4-7° isti olacaq. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Dağ­larda duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-3° şaxta, gündüz 4-7° isti, dağlarda gecə 5-9, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

 

22 Yanvar 2021 02:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə