Ən son xəbərlər
İtaliyanın “Yuventus” futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu karyerası ərzində vurduğu qolların sayına görə dünya rekorduna imza atıb. Belə ki, İtaliya Super Kubokunun finalı çərçivəsində “Napoli”yə qarşı matçda 760-cı qolunu vuran Ronaldu bu göstəricidə dünya sıralamasında birinci pilləyə yüksəlib. O, karyerası ərzində 759 qol vuran çexoslovakiyalı hücumçu Yosef Bitsanın rekordunu qırıb.
Xatırladaq ki, yanvarın 3-ü K.Ronaldu bu göstəricidə Peleni üstələmişdi. Pele karyerası ərzində 757 qol vurub.
Xəbəri “Eurosport” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə