Ən son xəbərlər
“Canalys” analitik şirkəti 2021-ci ildə kibertəhlükəsizlik vasitələri bazarının inkişafı üzrə proqnoz açıqlayıb. Bildirilir ki, ötən ilin yekunlarına əsasən, dünya üzrə kibertəhlükəsizlik sahəsində xərclər 54,2-54,7 milyard dollar təşkil edib. Qeyd edilir ki, 2021-ci ildə kibertəhlükəsizlik sahəsində xərclər 10 faiz artaraq 60,2 milyard dollar təşkil edə bilər. Proqnoz müəllifləri bildirirlər ki, kibertəhlükəsizlik sahəsində xərclər minimum 6,6 faiz artaraq 57,7 milyard dollara çatacaq.
Məlumatı “3dnews” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə