Ən son xəbərlər
“Omega Auctions” hərrac evi yanvarın 26-da məşhur “Radiohead” rok qrupunun 6 mahnıdan ibarət kasetini hərraca çıxaracaq. Məlumata görə, kasetdə ictimaiyyətin əvvəl eşitmədiyi 3 mahnı yer alıb – “Promise Me”, “Boy In The Box” və “These Chains”. Hərrac zamanı kasetin ilkin qiyməti 2 min funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, “Radiohead” rok qrupunun kollektivi 1980-ci illərdə yaranıb. Qrupun tərkibinə Tom York, Conni və Kolin Qrinvud qardaşları, Ed Obrayen və Fil Seluey daxil olub.
Məlumatı TASS yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə