Ən son xəbərlər
Dünyanın ən böyük maliyyə qurumlarından olan HSBC bankı cari ildə 82 filialını bağlamağa qərar verib. Bildirilir ki, filiallardan istifadə edən müştərilərin sayında son beş ildə üçdə bir azalma olub. Bundan başqa, pandemiyanın təsirləri nəticəsində bütün müştərilərlə əlaqələrin 90 faizi telefon və ya internet üzərindən olduğu üçün bank filialların azaldılmasına qərar verib. Bağlama proqramından sonra şirkətin ölkə daxilində 511 filialı fəaliyyət göstərəcək.
Xəbəri “The Sun” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə