Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yol Polisi avtomobil sahiblərinə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.

İdarədən "Xalq qəzeti"nə daxil olan müraciətdə bildirilib ki, ötən il respublika üzrə oğurlanmış, qaçırılmış 197 nəqliyyat vasitəsindən 187-i “isti izlər”lə tapılıb, 10 avtomobillə bağlı axtarış tədbirləri davam etdirilir. Rayonlardan qaçırılmış 53 avtomobildən 49-u, Bakıda qaçırılmış 144 avtomobildən 138-i tapılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oğurlanmış, qaçırılmış nəqliyyat vasitələrinin sayı 3 fakt, axtarışda qalan avtomobillərin sayı isə 6 fakt azalıb.

Aparılmış təhlillər zamanı müəyyənləşdirilib ki, bu növ cinayətlər əksər hallarda sutkanın qaranlıq vaxtları törədilir və cinayətin obyekti əsasən yaşayış zonalarından uzaqda, işıqlandırılmamış yol sahələrində saxlanılmış, kilid sistemi zəif olan, alarm sistemi olmayan və asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan və istehsal illəri köhnə olan) nəqliyyat vasitələridir.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunanları nəzərə alaraq, bu kimi cinayətlərin qarşısının alınması, əmlaklarının hüquqa zidd əməllərdən qorunması üçün avtomobil sahibləri və sürücülərdən xahiş edir ki, nəqliyyat vasitələrini saxlayarkən yuxarıda göstərilən hallara diqqət yetirsinlər.

21 Yanvar 2021 18:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə