Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaralı hərbçimiz şəhid oldu

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, o, bu gün şəhidlik zirvəzinə ucalıb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.


Bildirilib ki, şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

21 Yanvar 2021 17:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə