Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sutka ərzində koronavirusa yoluxanların sayı açıqlandı - FOTO

Azərbaycanda koronavirusa 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3053 nəfər vəfat edib, aktiv xəstə sayı 6806 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5309, ötən müddət ərzində isə ümumilikdə 2 341 807 test aparılıb.

21 Yanvar 2021 17:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə