Ən son xəbərlər
Yanvarın 10-da Qırğızıstanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Sadır Japarovun andiçmə mərasimi yanvarın 28-də olacaq.
"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, Qırğızıstan Prezidentinin vəzifələrini müvəqqəti icra edən Talan Mamıtov andiçmə mərasiminin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması ilə bağlı Fərman imzalayıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) isə Sadır Japarovu rəsmi olaraq Qırğızıstanın Prezidenti elan edib.
MSK-nın sədri Nurjan Şayldabekova seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib ki, Sadır Japarov seçicilərin 79,20 faizinin səsini qazanıb.
Nurjan Şayldabekova Sadır Japarova Prezident vəsiqəsini, döş nişanını və ştandartı təqdim edib.
Xatırladırıq ki, növbədənkənar prezident seçkilərində 17 namizəd iştirak edib.
Köhnə versiyamızdan xəbərləri izlə