Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar faciəsi Londonda anılıb

20 yanvar axşamı Londonda yerləşən  və fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşəbbüsü ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, 20-dən çox dəvətlinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə “Azərbaycan Evi”nin sədri professor Əli Atalar açıb. Tədbir Azərbaycan Himninin səsləndirilməsi və 20 Yanvar faciəsinə həsr olunmuş video-filmin nümayişi ilə başlayıb. 2 saat davam edən onlayn tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Londonda yaşayan, 1990-cı ildə 20 yanvar faciəsindən dərhal sonra Bakıya səfər etmiş və hadisələri yerində öyrənmiş gürcü əsilli antropoloq-alim professor Tamara Draqadze, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olmuş Əhməd bəy Pepinovun nəvəsi Ülvi Pepinova, Böyük Britaniyada fəaliyyət göstərən GHT rəhbəri Fəridə Pənahova, İrlandiyadan olan tarixçi alim Patrik Volş, Böyük Britaniya media nümayəndəsi Neyl Vatson, Şotlandiyada təhsil alan Azərbaycanlı tələbə Qasım Qurbanov və Milli Məclisin üzvü, Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Cavanşir Feyziyev çıxış ediblər. 
Millət vəkili  C. Feyziyev xalqımızın tarixində dərin iz buraxmış 20 Yanvar faciəsi ilə bağlı tədbiri təşkil etdiyinə görə “Azərbaycan Evi”nin sədri Əli Atalara, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadəyə minnətdarlığını bildirib. Millət vəkili 20 yanvar hadisələrinin iştirakçısı kimi, həmin gecə Bakıda baş verən hadisələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib: “ 20 yanvar faciəsi Azərbaycan xalqının milli özünüdərkinə təkan verdi, müstəqil milli dövlətçilik düşüncələrini qətiləşdirdi və bütöv bir xalqı azadlıq mübarizəsinə qaldırdı. Məhz 20 Yanvar faciəsindən dönməz xarakter alan  azadlıq mübarizəsi 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə nəticələndi".
Tədbirdə həmçinin  Londonda yaşayan soydaşlarımız Rafiq Rüstəmov tarda və Nəzrin Rəşidova isə skripkada  20 Yanvar faciəsinə həsr olunmuş musiqi ifa ediblər.

Namiq Əhmədov

“Xalq qəzeti”

 

21 Yanvar 2021 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə