Ən son xəbərlər
Sabah saat 12:00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun "Xalq qəzeti"nə verdiyi məlumata görə, brifinq Bakı şəhər 6 saylı məktəbdə baş tutacaq.
Nazir Emin Əmrullayev Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin bərpası məsələlərinə münasibət bildirəcək. Brifinq Azərbaycan Dövlət Televiziyasında canlı yayımlanacaq.
Tərlan Süleymanov,
"Xalq qəzeti"
Köhnə versiyamızdan xəbərləri izlə