Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluğu üzrə test imtahanlarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

DİM-dən "Xalq qəzeti"nə bildirilib ki, A növünə aid olan imtahan kompüter, B növünə aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə aparılacaq.

A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-də saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb.

B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 9-da saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 500 yer ayrılıb. Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

21 Yanvar 2021 12:35 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə