Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada universitet tələbələri hökumətə etiraz nümayişi keçirib

Fransız Tələbə Federasiyaları Birliyi (UNEF) və digər gənclər təşkilatları yaşayış və təhsil şərtlərini müdafiə etmək, yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbiylə təhsil müəssisələrinin bağlanması və universitetlərin açılış tarixlərinin açıqlanmaması üçün tələbələrə nümayiş çağırışı ediblər.

Paytaxt Parisin Georges Bernanos küçəsində toplanan minlərlə tələbə, Ali Təhsil və Araşdırma Nazirliyinin qarşısına yürüş edib.

Təhlükəsizlik qüvvələri ilə yürüş edən tələbələr, prezident Emamanuel Macron rəhbərliyinə etiraz edərək, hökumətin onları unutduğunu, təhsil şərtlərinin çətinləşdiyini və son vaxtlar bir çox tələbənin intihar etdiyini bildirdilər.

Fransanın Ali Təhsil və Araşdırma Naziri Frederique Vidalın istefası üçün şüar atan tələbələr, "səriştəsiz siyasət, acıyan gənclik", "Vidal sizin üçün vacib deyil" sözləri yazılmış plakatlar daşıyırdılar.

"Xalq qəzeti"  Anadolu Agentliyinə istinadən bildirir ki,  UNEF prezidenti Melanie Luce, tələbələrin yaşadıqları problemlərə məhəl qoymayan hökumətə etiraz etdiklərini söyləyib

"Universitetlərin açılmasını, təhsilin kifayət qədər şərtlərdə davam etdirilməsini, tələbələrə iqtisadi və sosial rifahın verilməsini və kifayət qədər yataqxanadan ayrılmasını tələb edirik." Luce, bu tələblərin reallaşması üçün hökumətin 1,5 milyard avro büdcə dəstəyi etməsi lazım olduğunu söyləyib.

Ali Təhsil Nazirinin tələbələri görməməzlikdən gəldiyini tənqid edib.
Çadralı olduğu üçün bəzi sağçı və respublikaçı millət vəkilləri tərəfindən hədəf alınan UNEF Başçı Köməkçisi Maryam Pougetoux, nazir Vidalın onları görməməzlikdən gəldiyini söyləyib.

Pougetoux  "Nazir universitet açmaq üçün lazımi pulu vermir, təqaüdlərimizi artırmır, yaşayış qiymətinin artmasına baxmayaraq kirayə köməyi vermir. Tələbələrimizi tələbə elan etmək üçün küçələrə çıxdıq"-deyə bildirib.

Universitet tələbəsi Tristan Peglion da tələbələrin təhsillərini daha yaxşı şəraitdə davam etdirmələrini təmin etmək üçün Fransadakı tələbə birlikləri ilə səfərbər olduqlarını vurğulayıb.

Tələbə dərnəkləri nümayəndələrinin Ali Təhsil və Araşdırma Nazirliyinin qarşısında mətbuat şərhi etdikdən sonra nümayişçilər dağılıb.

21 Yanvar 2021 11:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Mart 2021 | 00:49
UNICEF-in hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə