Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baydendən ilk müvəqqəti təyinatlar

ABŞ-ın 46-cı Prezidenti Co Bayden bir sıra rəhbər vəzifələrə müvəqqəti təyinatlar edib.

Ağ Evdən verilən məlumata görə, Baydenin irəli sürdüyü namizədlər Konqres tərəfindən təsdiqlənənə qədər bu şəxslər federal agentliklərə rəhbərlik edəcək.

Qeyd olunub ki, bu təyinatların sayı 34-dür.

Prezident C. Baydenin qərarına əsasən, Mərkəzi Kəşfiyyat İdarəsinə Devid Kohen, İstehlakçıların Maliyyə Müdafiəsi Bürosuna Deyv Uexio, Kənd Təsərrüfatı Nazirliyinə Kevin Şe, Ticarət Nazirliyinə Vayn Koqqins, Müdafiə Nazirliyinə Devid Norquist, Təhsil Nazirliyinə Fil Rozenfelt, Enerji Nazirliyinə Devid Huizenqa, Milli Təhlükəsizlik Departamentinə Devid Pekoske və Daxili İşlər Nazirliyinə Skott de la Veqa rəhbərlik edəcəklər.

Elşən AĞALAR,
“Xalq qəzeti”

21 Yanvar 2021 11:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır
28 Fevral 2021 | 01:08
210 milyon avro uduş
28 Fevral 2021 | 01:02
BMT rəsmisinin açıqlaması
28 Fevral 2021 | 01:01
Orduya yeni raketlər verilir

Köhnə versiyamızdan xəbərləri izlə