Ən son xəbərlər
Azərbaycanda ÜDM-in orta illik 7% artmasını tələb edən yeni onillik inkişaf planı çərçivəsində 2030-cu ilədək ölkə iqtisadiyyatın 2 dəfə artırılması hədəfinə nail olmaq üçün xeyli səy tələb olunacaq.
"Xalq qəzeti"nin məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg"ə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, iqtisadi artım Azərbaycanın COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramının müvəffəqiyyətindən asılı olsa da, ölkə iqtisadiyyatının rifahı üçün vacib olan digər sahələrdən əminlik var: "Müharibədən sonra geri qaytarılmış ərazilərdə böyük yenidənqurma işləri, sülh müqaviləsi çərçivəsində sərhədlərin və bölgə arasındakı nəqliyyat əlaqələrinin açılmasına dair razılaşma və "yeni geosiyasi reallıq" Azərbaycanda iqtisadi artıma və məşğulluğa əhəmiyyətli töhfə verəcək".
Köhnə versiyamızdan xəbərləri izlə