Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın bu avtomobil yollarında sürət həddi endirilib

Qarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya Stadionunadək olan hissəsində sürət həddi saatda 40 kilometr, qalan hissələrində, eləcə də Zığ-Hava limanı yolunda isə saatda 20 kilometr həddində endirilib.

Bakı Nəqliyyat Agentliyindən "Xalq qəzeti"nə bildirilib ki, səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Erkən saatlarda mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.

Bir daha hərəkət iştirakçılarından ehtiyyatlı olmaları, sürücülərdən sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş edilir. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.

21 Yanvar 2021 11:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə