Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın avtomobil yollarında hazırkı vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında hazırkı vəziyyət haqqında məlumat yayıb.

  "Xalq qəzeti" xəbər verir ki, məlumatda qeyd olunub:

 

S/s

 

Yolun adı (istiqamətlə)

 

 

Mövcud vəziyyəti

1

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi

Yolun Siyəzən, Şabran, Quba  və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır və hal-hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlənmiş, duz və qum səpilmişdir.

 

Siyəzən-Şabran rayonları keçən ərazidə 1-2 dərəcə şaxta, Quba rayonu keçən ərazidə 3-4 dərəcə şaxta var. Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hal-hazırda da keçirilməsi davam etdirilir.

 

Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan ərazidə 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən bu yolun hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hal-hazırda zəyif qar yağır. Nəqliyyatın hərəkəti təmini olunub və hal-hazırda bu istiqamətdə  işlər davam etdirilir.

 

2

Giləzi - Xızı

Gecə saatlarında güclü qar yağmış və şaxta olmuşdur. Hal-hazırda zəif qar yağır, 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizləmiş duz-qum qarışığı səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti mormaldır.

 

3

Bakı - Qobustan

Abşeron rayonu ərazisinə zəif qar yağır, gecə saatlarında yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

4

Qobustan - Şamaxı - Muğanlı

Marşrut boyu gecə saatlarında qar yağmış, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. 2-3 dərəcə şaxta var, yağıntı yoxdur. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

5

Muğanlı - Ağsu - Yevlax

Muğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq Ağsu dolaylarında yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

6

Bakı - Ələt - Hacıqabul

Yolun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

7

Hacıqabul – Ucar – Yevlax

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

 

8

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

9

Muğanlı – İsmayıllı

Zəif qar yağır, yolda qar yoxdur, yolun kənarlarında 30-35 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum duz səpilmişdir. 4-5 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan  nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib. Bununla yanaşı kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

10

İsmayıllı - Qəbələ - Oğuz - Şəki

İsmayıllı və Qəbələ rayonları ərazisinə zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir.  Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar ərimişdir. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

11

Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhəd

Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

12

Yevlax – Şəki (Göybulaq)

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

13

Gəncə-Daşkəsən-Xoşbulaq

Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 15 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

14

Şəmkir - Gədəbəy

Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 15-16 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

15

Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi

Marşrut boyu gecə saatlarında sulu qar və qar yağmış, temperatur müsbət olduğundan ərimişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

16

Masallı – Yardımlı

Yardımlı rayonu ərazisində 15 sm qar yağmış, hazırda zəif qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

17

Lənkəran – Lerik

Lerik rayonu ərazisində 20-25 sm qar yağmış, hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

18

Hacıqabul – Bəhramtəpə – Horadiz

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

 

21 Yanvar 2021 11:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə