Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Budapeştdə 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə bağlı anım tədbiri təşkil olunub.

 "Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, səfirliyin həyətində 20 yanvar faciəsi qurbanlarına həsr olunmuş güşə yaradılmış və şamlardan “20 Yanvar” yazısı illüstrasiya edilib. Tədbirdə Macarıstanın müxtəlif universitetlərində təhsil alan tələbələr və diaspor nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Vilayət Quliyev 31 il öncə törədilən qanlı hadisələr barədə məlumat verib. O, çıxışı zamanı 30 ilə yaxın müddətdən sonra nəhayət Azərbaycan torpaqlarının işğaldan azad olunması və bunun bölgədə yeni tarixi mərhələnin başlanğıcı olduğunu vurğuladı.

21 Yanvar 2021 09:16 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə