Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!

1990-cı il yanvarın 20-də Can Azərbaycanın azadlığı uğrunda canlarını fəda edən qardaşlarımızı ehtiramla yad edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Twitter” sosial şəbəkə hesabından etdiyi paylaşımda əksini tapıb.

M.Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı fikirlərini belə ifadə edib: “Şəhidlərin xatirə rəmzi olan qərənfillər bu gün müstəqil Azərbaycan torpaqlarında azadlıq simvolu olan Xarı bülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

20 Yanvar 2021 16:06 -

Köhnə versiyamızdan xəbərləri izlə