Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar şəhidlərinin xatirəsi Şuşada anılıb - VİDEO

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni ifa olunub.

Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

20 Yanvar 2021 15:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə