Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Döyüşlərdə yaralanmış zabitimiz yüksək texnologiyalı protezlə təmin ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluqçuların ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri, müasir protezlər ilə təminatını davam etdirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə bildirilib ki, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb.

O, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qarşılanaraq, ilkin müayinə və ölçü götürülməsi işləri aparılıb.

Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

20 Yanvar 2021 12:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə