Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

RYTN: Ölkədə internet şəbəkəsi genişləndirilir

Hazırda Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir.

Bu barədə "Xalq qəzeti"nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, regionlarda əhalinin telekommunikasiya xidmətlərinə tələbatını təmin etmək məqsədilə Nazirlik nəzdindəki "Aztelekom" MMC infrastruktur layihələrini mərhələli şəkildə reallaşdıraraq rabitə şəbəkəsini genişləndirir:

"Regionlara ötürülən trafikin həcminin artırılması üçün bir optik lif vasitəsilə bir neçə informasiya kanalının ötürməyə imkan verən DWDM spektral sıxılma texnologiyası və IP-MPLS çoxprotokollu kommutasiya texnologiyası tətbiq edilib. Nəticədə magistral xətlərin buraxılış qabiliyyəti 100 dəfə artıb".

Nazirlikdən, həmçinin paylayıcı şəbəkənin rekonstruksiyası barədə məlumat verilib:

"Hazırda Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işlərin ilkin mərhələsi aparılır. Bu layihə çərçivəsində mis xətlər optik kabellərlə dəyişdirilir, GPON (giqabi passiv optik şəbəkə) texnologiyası tətbiq olunur. Bundan başqa, vətəndaşlara təqdim olunan xidmətlərin həcmi və keyfiyyəti yüksəldilir. Növbəti mərhələdə işlərin digər regionlarda da aparılması planlaşdırılır".

19 Yanvar 2021 22:10 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə