Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu günədək Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 mina və 2 partlamamış hərbi sursat zərərsizləşdirilib

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

FHN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, birgə fəaliyyət nəticəsində yanvarın 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb. Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174-ü piyada, 36-sı isə tank əleyhinə olan minalardır.

19 Yanvar 2021 20:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə