Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAŞAT Fondu tərəfindən daha 3 qazimiz əməliyyat edildi

YAŞAT Fondu tərəfindən ağır yaralanan qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin müraciətləri diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

 "Xalq qəzeti" xəbər verir ki, Fond tərəfindən bu gün daha 48 şəhid ailəsi üzvünün özlərinin müəyyən etdiyi tibbi zərurət üzrə müayinədən keçirilməsi, 3 nəfərin isə əməliyyatı təmin edilib.

Həmçinin qazilərimiz Nəsirov Kənan Füzuli oğlunun müalicəsi ilə əlaqədar yaranan əlavə xərclər, Xaliqov Seyidəkbər Vaqif oğlunun və Səmədov Elnur Eldar oğlunun məişət şəraitinin yaxşılaşdırılması istiqamətindəki müraciətləri YAŞAT Fondu tərəfindən təmin ediləcək.

Xatırladaq ki, YAŞAT Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

19 Yanvar 2021 20:05 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə