Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirin nüfuzlu qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib

Misirin nüfuzlu “Əl Xəbər əl Masr” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc edilib.

  "Xalq qəzeti" AZƏRTAC-a istindən xəbər verir ki, məqalədə 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı danışılıb, həmin tarixin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu qeyd olunub. Vurğulanıb ki, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etməsi nəticəsində həmin il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda 140-dan çox insan qətlə yetirilib, 700-dən artıq dinc sakin yaralanıb.

Səfir diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.

Məqalədə həmin ağır illərdə işğalçı Ermənistanın da Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyü, sonradan torpaqlarımızın 20 faizini işğal etdiyi, ötən il isə 44 günlük müharibədən sonra böyük qətiyyət nümayiş etdirən Azərbaycanın siyasi rəhbərliyinin və Ordusunun sayəsində ərazilərimizin azad olunduğu diqqətə çatdırılıb.

19 Yanvar 2021 19:30 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə