Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anonim axtarış sistemi “DuckDuckGo” populyarlaşır

İnternetdə məxfilik tərəfdarlarının yaxşı tanıdığı “DuckDuckGo” axtarış sistemi gündəlik istifadə üzrə rekord müəyyənləşdirib.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə “Bleepingcomputer” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən il ərzində axtarış sisteminin gündəlik orta istifadə göstəricisi 62% artıb. Bu il yanvarın 11-də isə 102 milyon axtarış sorğusu olmaqla gündəlik rekord qeydə alınıb. “DuckDuckGo”-nun populyarlığının artması istifadəçilərin öz təhlükəsizliyini təmin etmək istəyindən irəli gəlir.  

Qeyd edək ki, “DuckDuckGo” öz axtarış indeksini “DuckDuckBot” skaneri əsasında qurur. O, öz rəqibi “Google” şirkətinin məlumatlarından istifadə etmir və reklam yerləşdirilməsi ilə pul qazanır.

19 Yanvar 2021 17:00 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə