Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya turizm sahəsinə mənfi təsir göstərmişdir

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqda davam edir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min və ya 2019-cu illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Statistika Komitəsinin məlumatında bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.

2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 23,2 faizi Gürcüstan,  20,2 faizi Türkiyə, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.

2020-ci il ərzində Çindən gələnlərin sayı 16,7 dəfə, Cənubi Koreyadan - 13,8 dəfə, İsraildən - 11,1 dəfə, Yaponiyadan - 10,2 dəfə, Polşadan - 10,0 dəfə, İraqdan - 9,8 dəfə, Səudiyyə Ərəbistanından - 9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən ­­- 8,6 dəfə,  Macarıstandan - 8,3 dəfə, Omandan - 7,5 dəfə, Kanadadan - 7,4 dəfə, ABŞ-dan­ - 7,2 dəfə, Qətərdən - 6,7 dəfə, Türkmənistandan - 6,3 dəfə, Fransadan - 6 dəfə, Almaniyadan - 5,8 dəfə, Qazaxıstandan - 5,6 dəfə, Niderlanddan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, Misirdən - 5,1 dəfə azalmışdır.   

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 faizi dəmir yolu və avtomobil, 27,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.       

2019-cu illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,8 dəfə azalaraq 1 milyon 164,6 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər etmişdir.

2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 73,2 faizi dəmir yolu və avtomobil, 23,8 faizi hava, 3,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

19 Yanvar 2021 13:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə