Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vyetnam mətbuatı Azərbaycan Prezidentinin Füzuli və Şuşaya səfərindən yazıb

Vyetnamın dövlətə məxsus nüfuzlu "Voice of Vietnam" teleradio şirkətinin saytında Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfəri barədə məqalə dərc edilib.

 "Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin Füzuli beynəlxalq hava limanının və Füzuli–Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirakı barədə məlumat verilib. Qeyd olunub ki, həmin infrastruktur layihələrinin həyata keçirilməsi Qarabağa, o cümlədən Şuşaya xarici turistlərin cəlb olunmasına şərait yaradacaq. Həmçinin məqalədə Füzuli hava limanının qısa zamanda beynəlxalq standartlara uyğun şəkildə inşa ediləcəyi vurğulanıb.

19 Yanvar 2021 15:10 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə