Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə hökuməti yerli şirkətlərə “Twitter”də reklam verməyi qadağan etdi

Türkiyə hökuməti yerli şirkətlərin “Twitter”də reklam vermələrini qadağan edib. Səbəbi şirkətin “sosial şəbəkələrin tənzimlənməsi haqqında” yeni qanuna görə ölkədə nümayəndəlik təyin etməməsidir.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə “Hürriyet” xəbər yayıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyə Parlamenti “sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun qəbul etdi. Buna əsasən, bir milyondan çox istifadəçisi olan böyük sosial şəbəkələr ölkədə nümayəndəlik açmalıdır və rəhbəri də Türkiyə vətəndaşı olmalıdır.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi rəhbərinin müavini Ömər Fatih Sayyan “Facebook” və “Instagram”ın bu tələbləri yerinə yetirmək qərarına gəldiklərini və ölkədə ofis açdıqlarını deyib.

19 Yanvar 2021 14:04 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır
28 Fevral 2021 | 01:08
210 milyon avro uduş
28 Fevral 2021 | 01:02
BMT rəsmisinin açıqlaması
28 Fevral 2021 | 01:01
Orduya yeni raketlər verilir

Köhnə versiyamızdan xəbərləri izlə