Ən son xəbərlər
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntülərini yayıb.
"Xalq qəzeti" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Füzuli şəhərindən iki kilometr məsafədə düzənlik ərazidə yerləşən Şəkərcik kəndi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.
PaylasKöhnə versiyamızdan xəbərləri izlə