Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Unutmadıq! Unutmayacağıq!” onlayn respublika şeir müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Unutmadıq! Unutmayacağıq!” adlı onlayn respublika şeir müsabiqəsinə yekun vurulub.

Nazirlikdən "Xalq qəzeti" bildirilib ki, müsabiqənin əsas məqsədi 20 Yanvar faciəsi haqqında uşaq və gəncləri məlumatlandırmaq, şəhidlərimizin xatirəsini yad etmək, istedadlı uşaqların yaradıcılıq potensialını üzə çıxartmaq, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.

COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə 2 mərhələdə keçirilib. Müsabiqədə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən 52 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən 200-ə yaxın şeir nümunəsi göndərilib.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilərək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif ediliblər.

19 Yanvar 2021 13:20 -

Köhnə versiyamızdan xəbərləri izlə