Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi: Komissiya tərəfindən ümumilikdə 2747 vətəndaş qəbul edilib

Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə yaradılmış, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, Bakıda fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 18-dək 2240 vətəndaş müraciət edib.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 507 vətəndaşın müraciətinə baxılıb.

Müraciətlərdə qaldırılan məsəllərin həlli üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 570 müraciəti yerində həll olunub.

19 Yanvar 2021 12:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə