Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident "Qarabağ Dirçəliş Fondu" ilə bağlı fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

"Xalq qəzeti" fərmanın mətnini təqdim edir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 1243 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Fond:

5.1. əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2021-ci il.

19 Yanvar 2021 12:24 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə