Ən son xəbərlər
“Baidu” süni intellekt şirkəti “Geely” avtomobil kompaniyası ilə birgə layihə hazırlayıblar. Layihəyə əsasən, şirkətlər gələcəyin “ağıllı” elektomobilini istehsal edəcəklər. Məlumata görə, “ağıllı” elektromobilin istehsalını “Geely” şirkəti həyata keçirəcək, “Baidu” isə proqram təminatı və texnologiyaları hazırlayacaq.
“Baidu”nun rəhbəri Robin Li (Li Yanhonq) dünyanın ən böyük elektrokar bazarı olan Çində oxşar məhsullara yaranan tələbatı ödəmək üçün bu irimiqyaslı layihəyə başladıqlarını bildirib.
Məlumatı “Autonews” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə