Ən son xəbərlər
Koronavirus pandemiyası fonunda yaranmış çətinliklərə baxmayaraq, 2020-ci ildə Çinin ümumi daxili məhsulu (ÜDM) 2019-cu illə müqayisədə 2,3 faiz çoxalaraq, 101,6 trilyon yuana (15,42 trilyon ABŞ dolları) çatıb. Bununla da dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində ÜDM ilk dəfə 100 trilyon yuanı ötüb. Çin Dövlət Statistika Bürosunun məlumatına görə, ÜDM-in 2,3 faizlik artımı ilin 3-cü və 4-cü rübündəki 4,9 və 6,5 faizlik artımla təmin olunub.
Xəbəri “Sinxua” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə