Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təbii fəlakət qurbanlarının sayı 96 nəfərə çatıb

“Reuters” agentliyinin yaydığı məlumata görə, ötən həftə İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində baş vermiş zəlzələ və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 96 nəfərə çatıb.

Bu barədə agentlik İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyinin (BNPB) məlumatına istinadən bildirib. Qərbi Sulavesidə baş vermiş 6,2 və 5,9 bal gücündə zəlzələnin qurbanlarının sayı 81 nəfərdir. Yanvarın 14-də Cənubi Kalimantan əyalətində yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar isə 15 nəfərin həyatına son qoyub. Bu əyalətdən təqribən 70 min nəfər təxliyə edilib.
Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə silsilə zəlzələlər baş verib. Bunun ardınca ərazidə daha 28 afterşokun qeydə alındığı bildirilir. Yeraltı təkanlar nəticəsində mindən artıq ev dağılıb. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

19 Yanvar 2021 01:02 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Fevral 2021 | 03:23
Daxili turizmlə bağlı proqnoz
24 Fevral 2021 | 03:03
BMT-nin dəstəyi davam edəcək
23 Fevral 2021 | 06:20
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə