Ən son xəbərlər
Rusiyalı bioloqlar insanın hüceyrəsini gürzələr və digər ilanların zəhərində olan və fosfolipaza ailəsinə daxil olan fermentlərdən istifadə edərək yeni növ koronavirus infeksiyasına yoluxmaqdan qoruyublar.
Bu barədə alimlərin təcrübələrinin ilkin nəticələrini əks etdirən məqalə “bioRxiv” elektron elmi kitabxanası tərəfindən nəşr edilib.
Rusiya Elmlər Akademiyasının Bioorqanik Kimya İnstitutunun laboratoriya müdiri Yuri Utkinin rəhbərlik etdiyi rusiyalı alimlər bir neçə növ gürzənin zəhərindən PLA2 molekullarını çıxararaq quruluşlarını təhlil ediblər və koronavirusa necə təsir edəcəyini araşdırıblar.
Məlum olub ki, ilan zəhərinin bütün formaları bu və ya digər formada hüceyrədəki virusun çoxalmasının qarşısını alıb. Ən effektli Nikolski gürzəsinin zəhəri olub. Zəhər təkcə koronavirusu məhv etməyib, hətta virusun hüceyrə səthindəki reseptorlarla əlaqə qurmasının qarşısını alıb.
Nikolski gürzəsinin əsas yayılma arealı Rusiya Federasiyasının Avropa hissəsi, Ukrayna və Rumıniya ərazisidir.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə