Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada koronavirusun yeni ştammı aşkar edilib

Almaniyanın Qarmiş-Partenkirhen şəhərinin klinikasında koronavirusun yeni ştammı aşkar edilib.
KİV-lərin məlumatına görə, klinikada 73 nəfər COVID-19 virusuna yoluxub. Onların arasında klinikanın işçiləri də var. Üç nəfərdə isə indiyədək məlum olmayan koronavirusun yeni ştammı aşkar edilib.
Xəstələrdən götürülmüş nümunələr Berlindəki “Cherite” klinikasına göndərilib.Berlin klinikasından bildiriblər ki, bu yeni növ naməlum koronavirus ştammıdır və Britaniya ştammından fərqlənir.
“Cherite” klinikasının məlumatına görə, hazırda dünyada 12 min nəfər SARS-CoV-2 koronavirus mutasiyasına yoluxub. Bu virus Britaniya ştammından daha təhlükəlidir.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

19 Yanvar 2021 01:01 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Fevral 2021 | 03:23
Daxili turizmlə bağlı proqnoz
24 Fevral 2021 | 03:03
BMT-nin dəstəyi davam edəcək
23 Fevral 2021 | 06:20
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə