Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan vaksinasiya məsələsində də liderlər sırasındadır

Məlum olduğu kimi, ölkəmizdə əhalinin COVID-19  əleyhinə vaksinasiyası start verilmişdir. Virusun bu müddət ərzində yayılma dinamikası, mutasiyaya uğraması vaksinasiyanın zəruriliyini və COVID-19- la mübarizədə mühüm amil olduğunu təsdiqləyir. 

Artıq vaksinasiya prosesinə dünyanın aparıcı ölkələrində – ABŞ -da, bir sıra Avropa ölkələrində, Türkiyə və digər dövlətlərdə  start verilib. Azərbaycan bu məsələdə də liderlər sırasındadır.
Ümumiyyətlə, Azərbaycan koronavirus sınağından az itki ilə çıxır, vəziyyət tam nəzarətdədir. Səhiyyə infrastrukturunun lazımi səviyyədə qurulması, bütün təchizat məsələlərinin həlli, operativ tədbirlərin görülməsi, həmçinin ­sosial dəstək paketinin həyata keçirilməsi COVID-lə mübarizə strategiyasının tərkib hissəsidir. 
Hökumət ötən il COVID–19-la mübarizəyə  644 milyon manata qədər vəsait sərf edib. Bu il üçün isə büdcədə birbaşa 261 milyon manat  vəsait nəzərdə tutulub. Bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq, iqtisadiyyata  təqribən 2,5 milyard manatdan artıq vəsait xərclənib. Sərt karantin dövründə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə hər ay 190 manat birdəfəlik ödəmə verilib. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.
Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə yaradılan xüsusi fonda 114 milyon manatdan artıq vəsait toplanıb. Bir neçə gün əvvəl isə ölkəmizdə COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası təsdiq edildi. Bu, ölkəmizdə dövlətin vətəndaşların sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək dəyərin göstəricisidir. 
Vaksinasiya məntəqələri dövlət ambulator – poliklinik müəssisələrin nəzdində yaradılıb.  ÜST-ün mütəxəssisləri də bu qənaətdədir ki, vaksinasiya məntəqələrinin şəraiti, tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi də vacib şərtlərdəndir. Yəni, vaksinasiya üçün uyğun şəraitin yaradılması zəruridir. Azərbaycanın bu prosesi də uğurla həyata keçirəcəyinə əminik. 
Bununla belə, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Vətəndaşların bundan sonra da təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına əməl etməsi vacibdir.

 

Könül NURULLAYEVA, 
Milli Məclisin deputatı

19 Yanvar 2021 00:55 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə