Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan 183 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 21 milyard 863,3 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 12 milyard 177,8 milyon dollarını və ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9 milyard 685,5 milyon dollarını (44,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyardv 492,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,2 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 36,2 faiz, ixrac isə 11,5 faiz azalmışdır.

2020-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8 faiz, real ifadədə isə 17,9 faiz azalaraq 1 milyard 638,2 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 4,9 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Xorvatiyaya, hər biri 3,3 faiz olmaqla Gürcüstan və Çinə, 3,2 faizini Hindistana, 3,1 faizini İsrailə, hər biri 2,5 faiz olmaqla İspaniya və Ukraynaya, 2,2 faizini Tunisə, hər biri 1,8 faiz olmaqla Portuqaliya və Almaniyaya, 1,7 faizini Çexiyaya, 1,5 faizini İsveçrəyə, 10,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (38,3 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,3 faiz), Gürcüstana (7,1 faiz), Çinə (2,5 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz),   Almaniyaya (1,1 faiz), Belarusa (1,0 faiz), Türkmənistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 14,5 faizi Türkiyə, 13,2 faizi Çin, 6,1 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,4 faizi Fransa, 3,9 faizi Ukrayna,  3,8 faizi İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,8 faizi Yaponiya, 1,6 faizi Koreya, 21,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 3,0 faiz, kartof – 31,7 faiz, meyvə və tərəvəz şirələri – 22,5 faiz, bitki yağları – 1,6 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 27,9 faiz, pambıq lifi – 8,4 faiz, polietilen – 23,2 faiz, qara metallardan borular – 1,8 dəfə artmış, təzə meyvə ixracı isə 11,9 faiz, şəkər – 19,6 faiz, tütün – 26,3 faiz, çay – 9,3 faiz, meyvə və tərəvəz konservləri – 1,5 faiz azalmışdır.

2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr aylarında bitki yağları idxalı 4,1 faiz, təzə meyvə – 11,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,5 faiz, mal əti – 12,8 faiz, təzə tərəvəz – 37,9 faiz, minik avtomobilləri – 22,8 faiz, dərman vasitələri – 43,8 faiz, hesablama maşınları, blok və qurğuları – 17,1 faiz,  mineral gübrələr – 2,7 faiz, qara metallardan çubuqlar – 46,3 faiz artmış, buğda idxalı isə 17,6 faiz, xam şəkər və şəkər – 13,1 faiz, çay – 2,2 faiz,  kartof – 8,4 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”

19 Yanvar 2021 11:43 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 Fevral 2021 | 11:59
Azərbaycan nefti bahalaşıb
27 Fevral 2021 | 10:49
Azərbaycan nefti ucuzlaşıb
25 Fevral 2021 | 09:39
Qazın ucuzlaşması davam edir
25 Fevral 2021 | 09:35
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə