Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Musiqili Teatrı qalib əsgərini sevgi ilə qarşıladı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsindən yenicə qayıtmış balet artisti Murad Ağayevlə görüş keçirilib.

Görüş Qarabağın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Eyni zamanda döyüşlərdə qəhrəmancasına şəhid olmuş teatrın işıqçısı şəhid Əliağa Məmmədovun  xatirəsi anılıb.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı tarixi qələbədən söz açıb. Ə.Lalayev Füzulidən Şuşayadək döyüş yolu keçmiş Murad Ağayevə mükafat təqdim edərək xüsusi təşəkkürünü bildirib və ona gələcək həyatında uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, Akademik Musiqili Teatrın Həmkarlar İttifaqının sədri Fatma Mahmudova kollektiv adından Muradı təbrik edib, teatrın gələcək repertuarlarında məhz belə vətənpərvər gənclərin timsalında Qalib əsgər obrazlarının yaradılmasını arzulayıb. 

M.Əliyev ona göstərilən diqqət və qayğıya görə teatr rəhbərliyinə minnətdarlığını belə ifadə edib: "Mən bir vətəndaş kimi, xüsusilə də Akademik Musiqili Teatrı ailəsinin bir üzvü kimi döyüşlərdə iştirakıma görə qürur duyuram. Çünki hər addımda qəlbi vətən eşqi ilə çırpınan, ön cəbhədəki əsgərlərimizə hər mənada dəstək olan kollektivimizin varlığını hiss etdim, gördüm, ilhamlandım, qürur duydum. Teatr rəhbərliyi, demək olar ki, bütün kollektiv hər zaman ailəmizin yanında oldu, onlara korluq çəkməyə imkan vermədi. Ailə üzvlərimizdən bunu eşidəndə evdən nigaran qalmırdıq. Bilirdik ki, arxa cəbhədəkilər də fikir və düşüncələri ilə  hər zaman bizimlədir. Böyük Qələbənin şüarı olan “Biz birlikdə güclüyük!” əbəs yerə işlənməyib. Biz bu haqq savaşımızda, müqəddəs amalımız uğrunda dəmir yumruğa dönməyi, həmrəyliyimizi dünyaya nümayiş etdirməyi bacardıq... Bu yolda neçə-neçə qəhərman oğullarımız sinələrini düşmən gullələrinə sipər etdilər. Onlardan biri də əməkdaşımız Əliağa Məmmədov idi. Onun şəhid olması xəbəri məni çox sarsıtsa da, igidliyi, qəhrəmanlığı haqda eşitdiklərim təsəllim oldu, qürur duydum.

llah cəmi şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Şəhidlərimizi ehtiramla yad etmək, daim ordumuzun yanında olmaq, yaralı əsgərlərimizə diqqət göstərmək bizim müqəddəs borcumuzdur”.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Yanvar 2021 10:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə