Ən son xəbərlər
Azərbaycan koronavirusla ən effektiv mübarizə aparan 10 ölkə arasında 3- cü yeri tutub. Reytinqi müəyyənləşdirən Oksford Universitetinin tədqiqatçıları dünyanın 183 ölkəsində 19 göstərici üzrə qiymətləndirmə apardıqdan sonra bu qərara gəliblər. Virusla mübarizədə hökumətin fəaliyyəıti, əhaliyə yardım, səhiyyə sahəsində görülən işlər əsas götürülb.
Xatırladaq ki, bundan əvvəl də Ümumdünya Səhiyyə Təşkilatının mütəxəsissələri ölkəmizdə olarkən, koronavirusa qarşı aparılan mübarizəni yüksək dəyərləndirmişlər. Təşkilatın missiyasının üzvləri dövlət qurumlarının nüməyandələri ilə yanaşı həm Bakı şəhərinin, həm də bəzi rayonların xəstəxana və poliklinikalarının tibbi heyəti ilə çoxsaylı görüşlər keçirmiş, təqdim olunan tövsiyələrin əksəriyyətinin nəzərə alındığını və həyata keçirildiyini bildirmişlər. Qeyd etmişlər ki, ümumiyyətlə, bu istiqamətdə atılan addımlar sayəsində Azərbaycan səhiyyəsində çox ciddi irəliləyişlər müşahidə olunub.
Faktlar da təsdiqləyir ki, dünyanın başı üzərini almış koronavirus pandemiyasına qarşı ölkəmizin atdığı düşünülmüş addımlar öz effektini göstərmiş və Azərbaycan dünyada ən az zərər çəkən ölkələr sırasında olmuşdur. Oksford Universitetinin tədqiqatçılarının qərarı da təsdiqlədi ki, ölkəmizin pandemiyaya qarşı mübarizədə operativ tədbirləri beynalxalq aləmin diqqətindən yayınmayıb.
Dekabrın sonları və bu ilin əvvəlində ölkəmizdə pandemiyaya yoluxanların sayının artması, hətta 4 min nəfəri ötməsi, o cümlədən dünyasını dəyişənlərin sayının çoxalması ciddi narahatlıq yaratdı. Yoluxmanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi bir qədərdə sərtləşdirildi, həmçinin qaydalara əməl etməyənlərə qarşı ciddi tədbirlər görüldü. Tibbi maska taxmayanların cərimə məbləği artırıldı. Tətbiq edilmiş məhdudiyyətlərdən, təxminən, 2 həftə sonra artıq müsbət tendensiyanın şahidi olduq. Virusa yoluxanların sayının tədricən azalması da bunun nəticəsi idi. Görülən tədbirlər sırasında paytaxtda COVID - la bağlı mövcud vəziyyət nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən gücləndirilmiş dezinfeksiya işlərinin həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb etdib. Bu il artıq ikinci dəfə küçə və parklarda definfeksiya işləri aparılıb. Ümumilikdə, ölkədə pandemiyaya qarşı tədbirlər başlayandan Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən iyirminci dəfə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrində dezinfeksiya işlərinin aparılması pandemiyanın yayılmasının qarşısnın alınmasında xüsusi rol oynayıb.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları tərəfindən xüsusi qrafikə uyğun olaraq, qurumun balansındakı yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, ərazidəki idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Bütün bu işlərdə əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Xatırladım ki, sonuncu geniş dezinfeksiya tədbirləri zamanı paytaxtın 554 küçəsi kimyəvi maddələrlə yuyulub. Bütün bunların nəticəsidir ki, sərtləşdirilmiş karantin rejimi bir neçə gündür ki, yumşaldılıb. Bu, bizi arxayınlaşdırmamalıdır.
Dövlət başçımızın həyata keçirdiyi siyasi kursun prioritetlərindən biri də insan amilidir. Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər rəğbətlə qarşılanır. Bütün bunları nəzərə alıb koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə hər bir kəs karantin qaydalarına ciddi riayət etməlidir. Keçən dəfə də belə oldu. Məhdudiyyətlər zamanı yoluxma halları azaldı, bu da insanlarda müəyyən arxayınlıq yaratdı və pandemiyaya yoluxanların sayı yenidən sürətlə artmağa başladı.
Dövlətimiz pandemiyanın qarşısının alnması məqsədilə bütün imkanlardan istifadə edir. Artıq ölkəmizdə koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, müəyyən edilmiş müddətlərdə zəruri tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi nəticəsində pandemiyanın sürətlə yayılmasının qarşısı alınacaq.
Pandemiyaya qalib gəlmək üçün bütün mümkün addımlar atılır. Əlbəttə ki, bütün fonunda hər bir kəs məhdudiyyətlərdən irəli gələn tələblərə riayət etməli, sosial məsafəni qorumalı, tibbi maskadan istifadə etməlidir. Biz pandemiyanı yalnız birlikdə məğlub edə bilərik.
Səhər İSMAYILOVA,
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq
Köhnə versiyamızdan xəbərləri izlə