Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba Soyqırımı Memorial Kompleksi pandemiya dövründə fəaliyyətini onlayn qaydada davam etdirir

COVID-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə uyğun olaraq, Naizrlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarına əsasən  yanvar ayının 25-dən başlayaraq, mədəniyyət ocaqları, muzeylər və sərgi zallarının fəaliyyətinə icazə verilib. Sözsüz ki, bu təqdirəlayiq addım mədəniyyətsevərləri, eləcə də muzey işçilərini də ürəkdən sevindirir. Artıq pandemic vəziyyətin ölkəmizdə  yüngülləşməsi və yoluxma sayının azalması ilə əlaqədar bir sıra sahələrin fəaliyyətini bərpa etməsinə icazə verilib ki, onların da arasında muzeylərin olması gözəl haldır. Qərarla bağlı fikir və təəssüratlarını “Xalq qəzeti” ilə bölüşən Quba şəhərində fəaliyyət göstərən  "Soyqırımı Memorial Kompleksi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova  bildirib ki, istər pandemiyadan əvvəlki, istərsə də pandemiya dövründə muzey öz fəaliyyətini dünyada və ölkəmizdə yaranmış pandemik şəraitə uyğun qurub. Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin  pandemiyadan əvvəlki və pandemiya dövründə fəaliyyəti barədə ətraflı məlumat verən R. Bayramova bildirib ki, pandemiyadan əvvəl ziyarətçilər kompleksi sərbəst şəkildə gəzə, bələdçilərimizə müraciət edərək əlavə məlumatlar ala bilirdilər.

“Koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar  bir neçə müddətdir fəaliyyəti onlayn formada həyata keçirilən Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin əməkdaşları olaraq bu müddət ərzində bizlər işimizi bir neçə istiqamətdə davam etdiririk. Belə ki, mütəmadi olaraq rəsmi saytımız eləcə də müxtəlif sosial şəbəkələrdə o cümlədən facebook, instagram, Youtube kanalı, telegram və sair olan profillərimiz vasitəsi ilə  4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) müxtəlif  illərdə xalqımıza qarşı törədilmiş soyqırımı gerçəkliklərini, erməni vandalizminin əsl simasını, ermənilərin mənfur planlarının tarixi köklərini, Qafqaza köçürülmələri ilə bağlı müxtəlif arxiv sənədləri, eləcə də fotoşəkilləri, deportasiyalar barədə məlumatlar , Azərbaycan Xalq Cümhuriyyətinə dair maraqlı tarixi fakt və məlumatları, bundan əlavə tariximizin müxtəlif dövlərini özündə əks etdirən mədəni  irsimizin  inciləri barədə məlumatları və  və digər tarixi məzmunlu məqalələri təqdim edirik. Bundan əlavə, 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) təqdim olunan rəsmi saytımızda ( www.soyqirim.az ) mütəmadi olaraq yenilənmələr aparılır və daha çox oxunan bölmələrdə yeni məqalələr yerləşdirilir. Xüsusilə saytın tarix bölməsi məlumat zənginliyi və oxucu sayı ilə fərqlənir.  Bundan əlavə, kolektivimiz   bir neçə aydır işimizi günün tələbləri səviyyəsində qurmaq və 1918-ci ildə silahlı erməni daşnaklarının  azərbaycanlılara qarşı törətdiyi soyqırımı həqiqətlərini həm ölkəmizdə, həm də ölkədən kənarda təbliğ etmək üçün tanıtım məqsədli  3 dildə (Azərbaycan, ingilis və rus) videoçarx və sənədli filmin yazıldığı disklər, loqo əks olunmuş qələmlər,  4 dildə (Azərbaycan, ingilis, rus və türk) broşurlar, 2 dildə (Azərbaycan və ingilis) müxtəlif ölçülü və məzmunlu kitabçalar, vizit kartları, 2 dildə ( Azərbaycan və ingilis) flayer və digər çap məhsulları hazırlanması istiqamətində işlər həyata keçiririk.  Artıq bir neçə çap məhsulları hazırlanaraq mətbəəyə göndərilmişdir."

R. Bayramova həmçinin kompleksin kreativ və ideyaları olan gənclərin üzünə hər zaman açıq olduğunu bildirib və  maraqlı təklifləri olan gənclərə çağırış edib: "Kompleksimizin işində könüllü iştirak etmək, maraqlı təklif və təşəbbüslər ilə çıxış etmək istəyən gəncləri bizlərlə əməkdaşlıq etməyə dəvət edirik".

 

Qeyd edək ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib.  

1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur.

Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasi, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir.

Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardir və 5 hissədən ibarətdir.

 

Ə.ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

18 Yanvar 2021 12:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə