Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar hadisələrinə həsr olunan sənədli film çəkilib

"Azərbaycan Televiziya və Radio Verilişləri”  Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən  məlumata görə, "Son anda" adlı filmdə 20 Yanvar  hadisələrinin şahidi  Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.

Sənədli filmdə Nazim Ələkbərov obrazı onun  oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.

Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki  "Zaporojets"  markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən "Son anda" adlanır.

Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar  20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər.

Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrlar da "Son anda" filmində yer alacaq.

Ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filimin  operatoru Cavid Əliyevdir.

"Son anda" filmi  yanvarın 20-də  AzTV-də yayımlanacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Yanvar 2021 11:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə