Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2021-ci il üçün dövri mətbuatın satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddi­açı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sa­hibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. İştirak haqqı 30 manatdır.

B1. Benefisiar (alan) bank

Adı- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ­41NABZ01360100000000003944

SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı- DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h- AZ44C­TRE00000000000002458570

VÖEN- 1500426471

D3. Büdcə təsnifatının kodu- 142330

D4. Büdcə səviyyəsinin kodu- 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 fa­izi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçı­nın tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haq­qında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatları­nın surəti;

- dövri mətbuatın pərakəndə dövriyyəsinə aid icazənin olması barədə sənəd;

- analoji işlərdə təcrübəsi, id­diaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat (tələb olunan dövri mətbuatın satın alınması üzrə təcrübəsi, ixtisaslı kadr və texniki imkanları (işçi qüvvəsinin olması) barədə məlumatlar sənəddə öz əksini tapmalıdır.);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarius­dan təsdiq edilmiş surəti);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (təşkilatın təsisçisinin və ya direktorunun şəxsiyyət vəsiqəsinin surəti);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya “ASAN” Xidmət mərkəzlərindən (məhkumluqla bağlı arayış) alır);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət sa­tınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 8 fevral 2021-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 16 fevral 2021-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçı­ların tender təklifləri 17 fevral 2021-ci il saat 16.00-da dövlət satınalmaları­nın vahid internet portalında açıla­caqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

17 Yanvar 2021 02:49 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Fevral 2021 | 08:59
BİLDİRİŞ
27 Fevral 2021 | 08:57
BİLDİRİŞ
27 Fevral 2021 | 08:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə