Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Danimarkada 283 nəfərdə “Britaniya” ştammı tapılıb

Danimarkada 283 nəfərin koronavirus infeksiyasının Böyük Britaniyada aşkar olunan yeni ştammına yoluxması faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bunu Danimarkanın Yoluxucu Xəstəliklərlə Mübarizə İnstitutu məlumat yayıb.

Şənbə günü (16 yanvar – Red) bu rəqəmin 256 olduğu bildirilmişdi. Həkimlər qeyd edib ki, “Britaniya” ştammını təyin etmək çox vaxt apardığı üçün məlumatların ötürülməsində gecikmə yaranır.

İndiyədək ölkədə ümumilikdə 189 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 775 nəfər vəfat edib.

Hökumət, yeni infeksiyanın artması fonunda, beş nəfərdən çox qrup halında toplaşmağı qadağan edib. Həmçinin bütün ictimai yerlərdə maska ​​taxmaq vacibdir. Danimarkada bütün restoranlar, barlar, kinoteatrlar, teatrları, idman zalları, ticarət mərkəzləri və gözəllik salonları bağlanıb. Səlahiyyətli şəxslər məhdudlaşdırıcı tədbirləri fevralın əvvəlinə qədər uzadıblar.

Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib.

17 Yanvar 2021 21:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə