Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə dünyada ən çox peyvənd tətbiq edən ilk on ölkədən biridir

Türkiyədə yanvarın 14-dən başladılan əhalinin peyvəndlənməsi prosesi davam edir. Bir neçə gün aparılan vaksinasiya ilə Türkiyə bir çox dövləti geridə qoyaraq ən çox peyvənd tətbiq edən ilk on ölkədən biri olub.

AZƏRTAC xəbər verir ki, ölkədə tətbiq olunan həftəsonu qadağalarına baxmayaraq, peyvəndləmə prosesi tam qaydasına uyğun olaraq aparılır. Vaksinasiyanın birinci mərhələsinin ilk etapının, yəni səhiyyə işçilərinin peyvəndlənməsinin yanvarın 24-də başa çatması planlaşdırılır.

Artıq bildirdiyimiz kimi, Türkiyədə əhalinin vaksinasiyası müəyyən plana uyğun aparılır. Əhali arasında yaşı 18-dən aşağı, hamilə və vaksinin tərkibindəki preparatlara qarşı allergiyası olanların peyvəndlənməsi ətrafında müzakirələr aparılır. Hazırda bu qruplara daxil olanlara peyvənd vurulmur. Bundan əlavə, kəskin respirator virus xəstəliyi və ya ağciyər iltihabı ilə üzləşənlərin də xəstəlik sağaldıqdan ən az iki həftə sonra müəyyən müayinələrdən keçərək peyvəndlənməsinə icazə veriləcək.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

17 Yanvar 2021 22:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə