Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dənizdə batan “Arvin” gəmisindən altı nəfərin həyatı xilas edilib

Qara dənizin Türkiyə səmtində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Rusiya dövlət bayraqlı “Arvin” adlı quru yük gəmisinin ekipajından altı nəfər xilas edilib, dörd nəfərin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, Bartın limanındakı gəmilər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi heyəti axtarış-xilasetmə işlərini davam etdirir. Türkiyə Milli Müdafiə Nazirliyi qəza hövzə rayonuna kömək üçün kater göndərib.

Bartın valisi Sinan Güner açıqlamasında bildirib ki, “Arvin” Gürcüstandan Bolqarıstana yük daşıyırmış. Gəminin Bartın limanı ilə əlaqəsi olmadığı üçün digər məlumatlar yoxdur. Gəmidə 12 nəfər ekipajın olduğu bildirilir.

İlkin məlumata görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Hazırda Qara dənizdə fırtınalı hava hökm sürür.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

17 Yanvar 2021 20:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə